CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bilet əvəzinə məktəbli geyimi: Gələcəyimizə niyə güzəşt edə bilmirik?

© Sputnik / Murad OrujovДень знаний в школе №145
День знаний в школе №145 - Sputnik Azərbaycan
Abunə olmaq
“Məktəblilər Bakının bir rayonundan başqa rayonuna, yaxud da evlərindən bir neçə dayanacaq uzaqda olan məktəblərdə təhsil alırlar”

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. Məktəblilərin ictimai nəqliyyatdan pulsuz istifadəsi məsələsi yenidən gündəmə gəlib. Milli Məclisin üzvü Fazil Mustafa ictimai nəqliyyatda məktəblilərdən gedişhaqqı tələb olunması ilə bağlı hadisəyə sərt reaksiya verib.

Məktəb yarmarkası, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu ailələrin uşaqlarına pulsuz məktəb ləvazimatları veriləcək

Deputat “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib ki, bəzi ailələrin övladlarını ictimai nəqliyyatdan istifadə etməklə məktəbə aparıb-gətirməyə maddi imkanı çatmır: "Acınacaqlı, ağır və bəlkə də bağışlanması çətin olan bir hadisə baş verib. "BakuBus" sürücüsü ana və onunla birlikdə olan 3 övladından gedişhaqqı tələb edib, əks halda, avtobusu sürməyəcəyini deyib. Doğrudur, hüquq baxımından sürücü haqlıdır, çünki 5 yaşdan yuxarı uşaqların nəqliyyat xərcinin ödənilməsi Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşib. Ancaq düşünün, həmin ana ödəniş imkanı olmadığına görə sürücünün israrı ilə üç övladını avtobusdan düşürüb və evə dönüb. Demək ki, üç Azərbaycan övladı imkansızlığa görə məktəbə gedə bilməyib. Burada çıxış yolu nədir? Nazirlər Kabineti bu qərarı mütləq dəyişməlidir. Məktəbli formasında olan istənilən uşaqdan ictimai nəqliyyatda vəsait alınmamalıdır. Hökumət bunun kompensasiya yolunu tapa bilər. Əsas hədəfimiz məktəbdən kənarda heç bir uşağın qalmamasıdır. Bakı Nəqliyyat Agentliyi və "Metropoliten" həftəiçi məktəbli geyimində olan uşağı məktəbə pulsuz daşımalıdır. Uşaq pul qazanmırsa, valideynin də nəqliyyat üçün ödəməyə pulu yoxdursa, uşaq oxumamalıdır?" 

Qeyd edək ki, məktəblilərin ictimai nəqliyyatdan istifadəsinə dair güzəşt hazırda 5 yaşa kimi nəzərdə tutulur. 5 yaşdan yuxarı hər bir uşaq üçün gedişhaqqı ödənilməlidir.

Məktəblərdə təmir-tikinti işləri gedir - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda üç məktəb tam olaraq sökülüb

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda paytaxtda şagirdlərin xeyli hissəsi yaşadığı əraziyə yaxın olan məktəbdə təhsil almır: "Məktəblilər Bakının bir rayonundan başqa rayonuna, yaxud da evlərindən bir neçə dayanacaq uzaqda olan məktəblərdə təhsil alırlar. Bunun üçün isə onların çoxu ictimai nəqliyyatdan istifadə etməli olurlar. Nazirlər Kabinetinin qərarına görə, 5 yaşdan yuxarı uşaqlar üçün gedişhaqqı ödənilməlidir. Bəzi ailələrin uşağının gündəlik yol xərcini qarşılamağa maddi imkanı çatmır. Ölkədə 4470 ədəd orta təhsil müəssisəsi var. Bu qədər məktəbdə isə 1.5 milyon şagird oxuyur. Amma heç də onların hamısı gündəlik ictimai nəqliyyatdan istifadə edərək məktəbə getmirlər. Bir çoxumuz uşaqları evlərinin yaxınlığında olan məktəblərə göndəririk. Amma elə yerlər var ki, əhalisi sıx olsa da, orda məktəb yoxdur. Ona görə də onlar bir qədər uzaqda yerləşən məktəblərə avtobusla, metro ilə getməli olurlar. Düşünürəm ki, məktəbli formasında olan şagirdlər dərs müddətində gedişhaqqından azad edilməlidirlər".

© ©KarikaturaMəktəbli gedişhaqqı ödəməlidir?
Bilet əvəzinə məktəbli geyimi: Gələcəyimizə niyə güzəşt edə bilmirik? - Sputnik Azərbaycan
Məktəbli gedişhaqqı ödəməlidir?

K.Əsədov deyir ki, ölkəmizdə güzəştlə bağlı ənənə var: "Azərbaycanda hüquq-mühafizə orqanlarının işçiləri xidməti formalardadırlarsa, onlar gedişhaqqından azaddırlar. Nə üçün gələcəyimiz olan uşaqlara, gələcəyin həkiminə, müəlliminə də belə güzəşt etməyək? Gürcüstanda, Türkiyədə şagirdlər gedişhaqqından azad, tələbələr isə güzəştli gedişhaqqına malikdirlər. 

Школьная форма, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Pulsuz məktəbli forması: Nazirlik 10 min forma sifariş verdi - ÖZƏL
Bu məsələnin həll olunmadan qalmasının səbəbi aidiyyəti strukturlara müraciət olunmaması olub. Şəhərdaxili sərnişindaşımada gedişhaqqı 30 qəpikdir. Bir şagird üçün təkcə nəqliyyat xərci gündəlik 1 manat edir. Elə ailələr var ki, 2-3 uşağı var. Bu artıq böyük xərclərə gətirib çıxarır. Biz onlara uşaq pulu vermirik, heç olmasa vermədiyimiz pulu almayaq. Mən inanıram ki, aidiyyəti dövlət qurumları bu məsələ ilə bağlı müsbət addımlar atacaqlar".

Bəs görəsən, aidiyyəti qurumlar bu təklifi dəstəkləyirmi?

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlara məktəblilərə gedişhaqqında güzəştlə bağlı müraciət daxil olmayıb. M.Ağayev ölkəmizdə sərnişindaşıma tariflərinin Tarif Şurası tərəfindən tənzimləndiyini bildirib. M.Ağayev Nazirlər Kabinetinin qərarı ilə məktəbyaşlı uşaqlara sərnişindaşımada güzəşt edilərsə, qərarın icra ediləcəyini bildirib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, baqaj və sərnişin daşınması qaydalarına görə şəhərlərarası daşımalarda avtobusda 5 yaşa qədər yer tutmayan uşaqlara görə gedişhaqqı tələb olunmur. 5 yaşa qədər yer tutan uşaqlara görə isə gedişhaqqının yarısı ödənilməlidir. 

Пошив школьной формы, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Deputatlar pulsuz məktəbli forması paylayacaq
5 yaşdan 10 yaşa qədər uşaqlara görə də gedişhaqqının yarısı ödənilir. O ki qaldı məktəbyaşlı uşaqlar üçün gedişhaqqının tam ləğv olunmasına, N.Allahyarova deyir ki, əgər bununla bağlı dəyişikliklər olarsa, DANX bu güzəştlərə müsbət rəy verəcək.

"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində bildirib ki, şagirdlərə güzəşt barədə onlara təklif daxil olsa belə, bu təklifi dəyərləndirə bilməzlər: "Bakı Metropolitenindən istifadə qaydaları var. Bu qaydalara görə, metrodan istifadə 7 yaşa qədər uşaqlar üçün pulsuzdur. Həmçinin ədliyyə polisi, polis, həqiqi hərbi xidmətdə olan şəxslər metroda gedişhaqqı ödəməkdən tam azaddırlar. Metroda gedişhaqqı qanunvericiliyə uyğun, Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Əgər qanunda məktəblilərin pulsuz daşınması barədə dəyişiklik olarsa, NK qərara müvafiq dəyişiklik edərsə, təbii ki, biz bu qərarı icra edəcəyik".

Xəbər lenti
0