Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 22 sentyabr — Sputnik. Azərbaycanın dağlıq ərazisinə qar yağıb.
İlk qar Qubanın Xınalıq kəndində qeydə alınıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, qar gecədən yağmağa başlayıb. Səhər saatlarında isə ərazi artıq ağ örpəyə bürünüb.
© Sputnik / Leyla AbdullayevaQubaya qar yağıb
1/2
© Sputnik / Leyla Abdullayeva
Qubaya qar yağıb
© Sputnik / Leyla AbdullayevaQubaya qar yağıb
2/2
© Sputnik / Leyla Abdullayeva
Qubaya qar yağıb
1/2
© Sputnik / Leyla Abdullayeva
Qubaya qar yağıb
2/2
© Sputnik / Leyla Abdullayeva
Qubaya qar yağıb
Hazırda qarın hündürlüyü 5-7 sm çatır.
Bundan başqa, Söhüb, Rük, Buduq, Dalıqaya, Zıxır, Girdah və digər dağlıq kəndlərinə qar yağıb.
Meteoroloji proqnozlara görə, bu gün də ölkə ərazisində soyuq hava davam edəcək. Yüksək dağlıq ərazilərdə qarın yağmasının davam etməsi ehtimalı var.