BAKI, 22 sentyabr — Sputnik. Yay ayları ərzində 4 Azərbaycan vətəndaşı Gürcüstan-Azərbaycan sərhədindən Gürcüstana qanunsuz daxil olmağa cəhd göstərib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
Yay ayları ərzində bu ölkəyə ümumilikdə 96 əcnəbi vətəndaş qanunsuz daxil olmağa cəhd göstərib. Bunlardan 15-i Türkiyə, 8-i Hindistan, 4-ü Ermənistan, 5-i Mərakeş, 5-i İran, 1-i Iraq vətəndaşı olub. Qanunsuz daxil olmağa cəhd edən 8 nəfərin isə vətəndaşlığı olmayıb.
Gürcüstan DİN-in məlumatına görə, ötən gecə 2 Kamerun vətəndaşı bu ölkəyə qanunsuz daxil olmağa cəhd göstərib. Faktla bağlı istintaq başladılıb. Saxlanılan şəxsləri 5 ilədək həbs cəzası gözləyir.