CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yarım əsrin dostları: Biri qocalır, o biri isə hələ gəncliyini yaşayır

© Sputnik / Shahperi AbbasovaƏsgər Məmmədov
Əsgər Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
“İnsanlar heyvanlara qarşı olan fobiya və xoflarını kənara qoyub onları sevsinlər. Belə olan təqdirdə həyat da onlar üçün maraqlı olar”

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik. Dünya yaranandan bu günə kimi insanların heyvanlarla dostluğu haqqında müxtəlif rəvayətlər, əfsanələr, nağıllar uydurulub. Hətta it və at kimi heyvanlar sədaqət rəmzi hesab olunub.

Bu gün danışacağımız hadisə isə nə əfsanədir, nə də uydurulmuş rəvayət. Zaqatala sakini Əsgər Məmmədov düz 46 ildir ki, evində tısbağa saxlayır. O, bu tısbağanı özünə ən yaxın dost hesab edir. Dediyinə görə, onun ən vəfalı dostu da elə bu tısbağadır: "1973-cü ildə meşədə ov edən zaman qarşıma çıxdı. Balaca idi. Götürdüm, evə gətirdim. O gündən bu həyətdə yaşayır".

© Sputnik / Shahperi AbbasovaZaqatala sakini Əsgər Məmmədovun 46 il evində saxladığı tısbağa
Yarım əsrin dostları: Biri qocalır, o biri isə hələ gəncliyini yaşayır - Sputnik Azərbaycan
Zaqatala sakini Əsgər Məmmədovun 46 il evində saxladığı tısbağa

Rayon sakini tısbağanı göz bəbəyi kimi qoruyur. Onun üçün yer də ayırıb: "Buraya gətirdikdən sonra ona yuva da tikdim. Yay vaxtı həyətdəki meyvələrlə, kələmlə, çiyələklə, yerkökü ilə qidalanır. Ən sevdiyi qida çiyələk və kələmdir. Həyətdə də əkirəm, bazardan da onun üçün tərəvəz və meyvə alıram. Qidalandıqdan sonra öz yuvasına girir. Qışı da öz yuvasında keçirir".

Bəzi insanlar heyvanları özlərinin qoruyucu talismanı hesab edirlər. Elə həmsöhbətimiz də özünü tısbağasız təsəvvür etmir, onu "uğur mələyi" adlandırır: "Mən onu gətirəndə gənc idim. Amma indi mən qocalıram, o isə hələ gənclik dövründədir. Mənə elə gəlir ki, bu heyvan mənə uğur gətirir. Ona görə də onu qorumağa çalışıram".

Əsgər müəllimin qızı Nigar Rəsulzadə də atasının heyvanlara olan sevgisindən danışır: "Barəsində danışdığımız tısbağa atamın ən sevimli heyvanı olub. Tısbağa mən doğulandan əvvəl gəlib. Atam həmişə onun qeydinə qalıb. Onun ad gününə qardaşım başqa bir tısbağa da alıb gətirdi. Gələn tısbağa evdəkinə hücum edirdi. Uşaqlara da hücum edirdi, ayaqqabı yeyirdi. Amma bu tısbağa heç vaxt vəhşilik etməyib, atam onu əhliləşdirib. Ona görə də alınan tısbağanı məcbur olub qaytardıq".

© Sputnik / Shahperi AbbasovaZaqatala rayon sakini Əsgər Məmmədov
Yarım əsrin dostları: Biri qocalır, o biri isə hələ gəncliyini yaşayır - Sputnik Azərbaycan
Zaqatala rayon sakini Əsgər Məmmədov

"Mən də atama dağsiçanı da almışam. Atamın emalatxanasında olur. Bizim evimizdə kirpi, it, pişik də olub. İtimiz öləndə hamımız pis olmuşduq", – deyə N.Rəsulzadə əlavə etdi.

Əsgər müəllim insanları təbiətə, heyvanlara qarşı mərhəmətli olmağa çağırdı: "İnsanlarımız heyvanlara qarşı aqressiv yanaşmasınlar. Onlara qarşı olan fobiya və xoflarını kənara qoyub onları sevsinlər. Belə olan təqdirdə həyat da onlar üçün maraqlı olar".

Xəbər lenti
0