Bazar günü hava istirahət etməyə imkan verməyəcək

© Sputnik / Ilham AhmadovQəbələdə yağışın yaratdıığı fəsadlar
Qəbələdə yağışın yaratdıığı fəsadlar - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkənin ayrı-ayrı yerlərində intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar  yağacağı  ehtimalı var

BAKI, 21 sentyabr - Sputnik. Sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, gecə yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı  ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 13-16° isti, gündüz 18-21° isti,

Bakıda gecə 14-16° isti, gündüz 19-21°  isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 75-85 % olacaq.  

Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar  yağacağı  ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Səhər saatlarında  duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 15-18° isti, gündüz  22-27° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-11° isti təşkil edəcək.

Xəbər lenti
0