CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elşad Hacıyev açıqlama verdi: "Vətəndaş məmnunluğu başlıca prinsipdir"

© Sputnik / Irade JELILBakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev - Sputnik Azərbaycan
Abunə olmaq
"Polisin hər gün təlimatlandırılması, vətəndaşlara qarşı münasibətdə diqqətli olması, qanunvericiliyin tələblərinə uyğun kompleks tədbirlər tərəfimizdən davam etdirilir"

BAKI, 20 sentyabr — Sputnik. "Üzərimizə düşən vəzifələrin yerinə yetirilməsində şəxsi heyətin hazırlığı, xidmət intizamı həlledici rol oynayır".

Bunu Sputnik Azərbaycan-a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi polis mayoru Elşad Hacıyev deyib.

O qeyd edib ki, ictimai qaydanın, cinayətkarlıqla qətiyyətli mübarizədə insan hüquq və azadlıqlarının qorunması və vətəndaş məmnunluğunun təmin olunması polisin fəaliyyətində başlıca prinsiplərdəndir.

E.Hacıyev bildirib ki, bu istiqamətdə şəxsi heyətin müasir dövrün çağırış və təhdidlərinə uyğun olaraq, icra intizamının yüksəldilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə metodiki təlimlər keçirilməsi, xidmətin nümunəvi aparılması diqqət mərkəzindədir: "Polisin hər gün təlimatlandırılması, vətəndaşlara qarşı münasibətdə diqqətli olması, qanunvericiliyin tələblərinə uyğun kompleks tədbirlər tərəfimizdən davam etdirilir".

Xəbər lenti
0