BAKI, 20 sentyabr — Sputnik. Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə Maştağa qəsəbəsi (Kirov dairəsi adlandırılan) ərazisində qeydə alınıb. Qəza nəticəsində 79 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Yaralılar - 71 yaşlı qadın sağ baldırın kəsilmiş yarası, 37 yaşlı oğlan qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sağ bazu sümüyünün əzilməsi diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Hazırda müalicələri davam edir.