CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çimnaz Sultanova: "Zövqümü korlamamaq üçün seriallara baxmıram"

© Sputnik / Murad OrujovАктриса Чимназ Султанова
Актриса Чимназ Султанова - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər sənin gözəl və ağıllı xanım arasında seçim etmək şansın olsa, ağıllını seç. Çünki ağıllı xanım öz ağlından istifadə edərək bütün dünyaya gözəl olduğunu sübut edə bilər”.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycanda çox adam onu Larisa kimi tanıyır. Müsahibimiz özü də "Vicdan haqqı"nın Larisası kimi təqdimatından incimir. Onunla görüşümüz yeni klipinin hazır olduğu günə təsadüf etdi. Aktrisalıqdan aparıcılığa, aparıcılıqdan müğənniliyə keçən bu cazibədar, həmçinin səmimi xanımla vaxt itirmədən söhbətə başladıq. Sputnik Azərbaycan-ın həmsöhbəti populyar aktrisa, aparıcı və müğənni Çimnaz Sultanovadır.

- Sosial şəbəkələrdə aktiv olsanız da, sizin şəxsi həyatınızla bağlı informasiya çox azdır.

© Sputnik / Murad OrujovAktrisa Çimnaz Sultanova
Çimnaz Sultanova: Zövqümü korlamamaq üçün seriallara baxmıram - Sputnik Azərbaycan
Aktrisa Çimnaz Sultanova

- Mənə elə gəlir ki, kimliyindən asılı olmayaraq, populyar şəxslərin şəxsi həyatı insanlar üçün sirr olmalıdır. Bir misal deyim. Enrike İqlesiası çox sevirdim. Biləndə ki, Kurnikova ilə birlikdə yaşayırlar, ona qarşı fikrim dəyişdi, hətta qısqandım. Başqa bir misal. Tanınmış aktyor Mel Gibsonun həyatında olduğu qadınları döydüyü üzə çıxanda məndə ona qarşı nifrət hiss oyandı. Şəxsi həyat nə qədər gizli qalsa, bir o qədər yaxşıdır.

- Siz nə qədər gizli qalmağın tərəfdarı olsanız da, bir o qədər hamıda maraq oyadır.

- Qadın ümumiyyətlə sirdir. Biz nə qədər qapalı olsaq, bir o qədər cəlbedici oluruq.

- Belə çıxır ki, həyatınızda gizli saxlamaq istədiyiniz məqamlar var. Gözdən düşməkdən çəkinirsiniz?

- Mənim alnım açıqdır. Bəlkə də kənardan görünüşüm, vücudum əksini deyir, amma mən məktəbdə əlaçı olmuşam. Ali təhsilliyəm. Öz üzərində çalışan adamam. İstər idmanda, sənətdə və ya biznesdə. Mən çox xoşbəxt adamam ki, ətrafımda peşəkar adamlar var.

- Təhsiliniz alidir söylədiniz. Bildiyim qədəri isə hal-hazırda da davam edir.

© Sputnik / Murad OrujovAktrisa Çimnaz Sultanova
Çimnaz Sultanova: Zövqümü korlamamaq üçün seriallara baxmıram - Sputnik Azərbaycan
Aktrisa Çimnaz Sultanova

- Mənim ilk təhsilim beynəlxalq iqtisadi əlaqələr olub, ikinci təhsilim isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində televiziya rejissorluğudur. 2016-cı ildə bura daxil olmuşam və təhsilim davam edir.

- Siz həqiqətən də televiziya rejissoru olmaq istəyirsiniz?

- Kimsə məni nəyəsə məcbur edə bilməz. Mən elə bir insanam ki, sevdiyim şəxsi lazım olduğuna görə yox, bəyəndiyimə görə seçirəm. Çünki valideynlərim mənə doğru təhsil verib və tərbiyələndiriblər. Mən həmişə tədbirlərdə iştirak etmişəm, musiqi ilə məşğul olmuşam. Onu da çox gözəl bilirdim ki, aktrisa maaşı ilə özümü təmin edə bilmərəm. Biri var 17 yaşında gələsən bu sənətə, biri də var 27 yaşında. Amma hazırlıqlı və təminatlı. Həyatımı fərqli qurmuşam. Mən nə alqış üçün, nə də kimisə təəccübləndirmək üçün yaşamıram. Mən öz istədiyim kimi ömrümü sürürəm.

- Sizin Almaniya ilə də bağlılığınız var.

- Demək olar qohumlarımın əksəriyyəti Almaniyada yaşayır. Orada tələbə olmuşam. İndi isə arada gedib gəlirəm.

- Bir az da yaradıcılığınızdan danışaq. Aktrisa kimi başladınız, indi isə müğənni...

© Sputnik / Murad OrujovAktrisa Çimnaz Sultanova
Çimnaz Sultanova: Zövqümü korlamamaq üçün seriallara baxmıram - Sputnik Azərbaycan
Aktrisa Çimnaz Sultanova

- Düzünə qalsa, mən musiqiçiyəm. "Vicdan haqqı" serialı 5 il öncə çəkilib. Ona qədər isə mən efirlərə müğənni kimi çağırılmışam. Bəziləri deyirlər ki, bu da keçdi oxumağa. Hər kəs müğənni ola bilməz. Bu işdir, vokal sənəti tam başqadır.

- Amma nədənsə siz müğənni kimi tanınmamısınız?

- Mən tanınmağa can atmamışam. Məsələnin həm də başqa tərəfi var. Larisa obrazından öncə mən bir neçə rol oynamışam. Amma bu serial möhürü vurub. Təbii ki, bu da Rövşən İsaxın sayəsində olub. Bəzi aktyorlar söyləyirlər ki, "Vicdan haqqı" serialından öncə də sənətdə olmuşam. 30 ildir sənətdəyəm. Fəxri adım var. Nə olsun?! Səni xalqa sevdirən Rövşən İsax oldu. Mənim çörəyim dizimin üstündə deyil. Bundan sonra 100 rol oynasam belə, xalqın beynində Larisa kimi qalacam.

- Öz adınızla deyil, Larisa adı ilə tanınmağınız sizdə kompleks yaratmır?

- Əsla. Normal psixi durumu olan insan buna ancaq sevinə bilər. Əksər insanlar mənim nömrəmi telefonuna Çimnaz – Larisa kimi qeyd edirlər.

- Hal-hazırda yaradıcılığınızda nə kimi yeniliklər var?

© Sputnik / Murad OrujovAktrisa Çimnaz Sultanova
Çimnaz Sultanova: Zövqümü korlamamaq üçün seriallara baxmıram - Sputnik Azərbaycan
Aktrisa Çimnaz Sultanova

- Yeni bir seriala dəvət almışam, amma bunun haqqında ətraflı məlumat vermək istəmirəm. Çünki özüm də utanıram. Yanvar ayında bir serialda rol almışdım. "Satılmış ruhlar" adlanırdı. Çox gözəl senarisi var idi. Amma nədənsə üç seriyadan sonra dayandı. Bu serialla bağlı sosial şəbəkədə paylaşım etmişdim. Bütün saytlar da bu haqda informasiya vermişdi. Sonra da belə. Ona görə də öncədən nəsə demək istəmirəm. Yalnız onu deyə bilərəm ki, dəvət aldığım yeni serialda işgüzar xanım obrazını canlandıracağam.

- Cazibədar xanımsınız və sizin hər paylaşımınız müzakirəyə səbəb olur.

- Əgər xanım 25 yaşına qədər gözəl deyilsə, deməli, bu gendən gəlir. Əgər 25 yaşdan sonra gözəl deyilsə, deməli, o, ağıllı deyil. Mənim yəhudi nənəm əmim oğluna deyirdi ki, əgər sənin gözəl və ağıllı xanım arasında seçim etmək şansın olsa, ağıllını seç. Çünki ağıllı xanım öz ağlından istifadə edərək bütün dünyaya gözəl olduğunu sübut edə bilər.

- Nənənizin yəhudi olduğunu söylədiniz. Deyəsən multikultural ailədə böyümüsünüz.

- Mənim ailəm əsl tolerantlığın nümunəsidir. Bizim ailədə hər şey sevgi üzərində qurulub. Nənəm məni sinaqoqa aparardı. Babam isə axund olub. Anamın valideynləri ilə kilsəyə gedərdik. Bizim evdə həm islam, həm xristian, həm də yəhudi əlamətdar günləri qeyd olunub. Bizim üçün əsas odur ki, Allah birdir. Və bütün dinlərin əsas təməli odur ki, yaxşılıq edə bilmirsənsə, pislik etmə. Bacardığın qədər insanlara kömək ol.

- Sağlamlığınızda ciddi problem yaranmışdı. Hal-hazırda necəsiniz?

© Sputnik / Murad OrujovAktrisa Çimnaz Sultanova
Çimnaz Sultanova: Zövqümü korlamamaq üçün seriallara baxmıram - Sputnik Azərbaycan
Aktrisa Çimnaz Sultanova

- Hər şey gözlənilməz oldu. İdmanla həddindən çox məşğul oldum. Əzələlərimdə boşluq yaranmışdı. Sauna, hovuz, masaj ard-arda məşğul olduqdan sonra bədənimin temperaturu normadan aşağı olmuşdu. Zümrüd Bədəlovanın doğum gününə getmişdim. Orada məni üşütmə tutdu. Hərarətim qalxıb düşdü. 40 dərəcə istidə mən gödəkcə ilə xəstəxanaya getdim. Məndə abses aşkarlandı və dərhal əməliyyat olundum. İkinci dəfə yenidən əməliyyat olunmalıyam. Ümumiyyətlə özümə baxan adamam. Dırnağıma nəsə olsun, həkimə müraciət edirəm. Bu yəhudilərin qanında var.

- Yəqin ki, yerli serialları izləyirsiniz. Nəyi düz, nəyi səhv hesab edirsiniz?

- Çalışıram ki, zövqümü korlamamaq üçün izləməyim. Sizə həqiqəti söyləyim, ya yalan danışım? Düzünü deyə bilmirəm. Çünki əksəriyyət mənim dostlarımdır. Nə səhvləri varsa özlərinə deyirəm.

- Mənim sualım şəxsi keyfiyyətlər haqqında deyil. Ümumi kino və seriallar haqqındadır.

- Axı mən necə deyə bilərəm ki, bu, nə biabırçılıqdır? Yaxşısı özlərinə söyləməkdir.

© Sputnik / Murad OrujovAktrisa Çimnaz Sultanova
Çimnaz Sultanova: Zövqümü korlamamaq üçün seriallara baxmıram - Sputnik Azərbaycan
Aktrisa Çimnaz Sultanova

P.S. Müsahibənin bu hissəsində sağollaşmaq qərarına gəldik. Amma Çimnaz xanım bir mövzuya toxunmaq istədiyini dedi. Məsələ onun rəfiqəsi ilə bağlı idi. Daha doğrusu keçmiş rəfiqəsi. Belə ki, indi aralarında yaranmış ciddi münaqişə onları polis bölməsinə qədər aparıb çıxardıb.

- Dekabr ayından bu problem hələ də həll olunmayaraq qalır. Mənim evimdən oğurluq edən şəxs hələ də azadlıqdadır. Həmin adamı şou-biznes aləmində yaxşı tanıyırlar. Evimdə olan bütün zinət əşyaları oğurlanıb. Təxminən 80 min manat dəyərində qızıl, brilyant əşyası mənimsənilib. Həmin adam dəymiş ziyanın yarısını ödəməyə hazır olduğunu bildirsə də, hələ də səs – soraq yoxdur...

Xəbər lenti
0