SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Suriyanın gələcəyi başqa ölkələrdən asılıdır - politoloq şərhi

© Sputnik / Murad OrujovFikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, Suriyada geniş miqyaslı müharibə başa çatsa da, ölkədə terror aktları hələ də davam edir
Fikrət Sadıxov: “Suriya ilə bağlı optimist fikirlər söyləmək çətindir”

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Suriyadakı müharibənin “həqiqətən başa çatdığını” söyləyib. O, bunu "Trud" qəzetinə müsahibəsində deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Suriya ilə bağlı optimist fikirlər söyləmək çətindir:

“Suriyada geniş miqyaslı müharibə başa çatsa da, ölkədə terror aktları hələ də davam edir. Bu ölkədə terror təşkilatları mövcuddur. Eyni zamanda müxalifət qüvvələri Əsəd hökumətini dəstəkləmirlər. Suriyada ABŞ, Rusiya və Türkiyənin maraqları mövcuddur. Ölkənin gələcəyi bu ölkələrin bir araya gəlməsindən asılı olacaq”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0