BAKI, 19 sentyabr - Sputnik. Abşeronda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Masazır qəsəbəsində yerləşən "Briliant" şadlıq sarayının qarşısında qeydə alınıb.
Belə ki, 2010-cu il təvəllüdlü Əliyeva Samirə Samir qızı yolu keçərkən maşın vurub. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.