CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ilk – Yüksək vəzifəli məmur “Youtube” platformasında

© Sputnik / Tarana KhudabakhshiyevaDövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
İlk video məlumat-izah vətəndaşlıq məsələləri, vətəndaşlığa qəbul, bərpa, xitam, ikili vətəndaşlıq, vətəndaşlıq mənsubiyyəti barədədir

BAKI, 19 sentyabr — Sputnik. Azərbaycanda məmur daha bir yeniliyə imza atıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov bundan sonra xidmətin fəaliyyəti və ümumən bu sahədə məlumatlandırmanı artırmaq məqsədilə “Youtube” platformasında video formatda mütəmadi məlumatlar paylaşacaq.

Bu barədə Vüsal Hüseynov “Facebook” sosial şəbəkəsindəki hesabında özü məlumat verib. O, bildirib ki, ilk video məlumat-izah vətəndaşlıq məsələləri, vətəndaşlığa qəbul, bərpa, xitam, ikili vətəndaşlıq, vətəndaşlıq mənsubiyyəti barədədir. V.Hüseynov vətəndaşlıqla bağlı Azərbaycan qanunvericiliyi, onun tətbiqi ilə bağlı geniş məlumat verib. DMX rəisi bildirib ki, vətəndaşlığa qəbul xüsusi kateqoriyalı şəxslərə şamil olunur: "Bəzi vaxtilə Azərbaycan vətəndaşı olan insanlar müxtəlif ölkələrin vətəndaşlığını qəbul edib, müəyyən dövr keçdikdən sonra Vətəninə qayıdaraq ölkəmizdə yaşamaq, Azərbaycan vətəndaşlığını təkrar əldə etmək istəyirlər. Bu zaman həmin şəxsin sənədləri qəbul edilir".

DMX sədri bu prosedurun qanunvericiliklə necə həyata keçirildiyi barədə geniş məlumat verib. Bundan əlavə V.Hüseynov ikili vətəndaşlıqdan da danışıb. O, hansı halda vətəndaşlığın itirildiyinin geniş izahını verib. V.Hüseynovun miqrasiya sahəsində məlmatlandırmanı artırmaq məqsədilə “Youtube” platformasında video formatda olan çıxışı ictimaiyyət tərəfindən müsbət qarşılanıb.

Qeyd edək ki, DMX rəisi bundan əvvəl də məmur kimi bir sıra yeniliklər edib. O, sosial şəbəkə üzərindən canlı yayıma çıxaraq vətəndaşların suallarını birbaşa cavablandırıb. V.Hüseynovun bu cür yenilikləri digər məmurlara da nümunə göstərilir.

Xəbər lenti
0