Azərbaycanın səkkiz seriyadan ibarət “Solğun çiçəklər” serialı “TEFİ-Birlik” mükafatına layıq görülüb. Festivala məhz bu serialın göndərilməsi də təsadüfi olmayıb. Serial Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının eyniadlı pyesinə əsaslanıb. Bu il onun anadan olmasının 120 illiyini qeyd etmək üçün belə seçim edilib.
İnanmaq çətindir: Azərbaycan serialı mükafat aldı - FOTO>>
2019-cu ildə "TEFİ-Birlik" festivalına MDB və Baltika ölkələrindən 80-ə yaxın televiziya layihəsi təqdim olunub. Festival 2011-ci ildə, MDB-nin 20 illiyi zamanı yaradılıb. Fəaliyyət dövründə festival Birliyə daxil olan ölkələrin müxtəlif şəhərlərində - Bakıda, Kiyevdə, Astanada, Odessada, Minskdə, Daşkənddə, Yerevanda keçirilib.