BAKI, 19 sentyabr — Sputnik. Azərbaycanlı stilist Anar Ağakişiyev növbəti dəfə əl işini nümayiş etdirib. Sputnik Azərbaycan xəbər verir ki, o, Vəfa adlı xanımla hazırladığı videoçarxı öz "Instagram" hesabında paylaşıb.
Qeyd edək ki, qadının üz dərisində ləkələr var. Stilist videoya bu fikirləri əlavə edib: "Sevimli Vəfa. Mən tanrıya dua edirəm ki, sənin ümidlərin heç vaxt puç olmasın. Mən inanıram ki, gözəl bir gündə sənin toy makiyajını edəcəyəm".
Qeyd edək ki, stilist Anar Ağakişiyev indiyə qədər Flora Kərimova, Gülyanaq Məmmədova, Nüşabə Ələsgərli, aktrisa Həmidə Ömərova, Nahidə Orucova və digər ünlü isimlərin makiyajını edib. Həmçinin o, Nikol Şerzinger, İrina Şayk, Alsu kimi ulduzların stilisti olub.