BAKI, 19 sentyabr — Sputnik. Sumqayıtda "Atəşgah" sığorta şirkətinin avtomobili qəzaya düşüb. Sputnik Azərbaycan xəbər verir ki, qəza zamanı "Hyundai-İX35" və "Mercedes" markalı iki avtomobil toqquşub və "Mercedes" yanmağa başlayıb.
Hadisə zamanı yaralı halda "Mercedes"in içərisində sıxılmış vəziyyətdə qalan 1 nəfər yanaraq ölüb. "Hyundai-İX35" avtomobilində olan Kamran Füzuli oğlu Atayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
© Sputnik / Irade JELIL Sumqayıt-Abşeron bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobil "Atəşgah" sığorta şirkətinə məxsus "Hyundai-İX35" markalı avtomobillə toqquşub
Sumqayıt-Abşeron bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobil "Atəşgah" sığorta şirkətinə məxsus "Hyundai-İX35" markalı avtomobillə toqquşub
© Sputnik / Irade JELIL
"Atəşgah" sığorta şirkətinin digər əməkdaşı, yəni, avtomobilin sürücüsü Anar Nəsir oğlu Rzayev ağır bədən xəsarətləri alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, qəzaya səbəb "Mercedes" avtomobilinin yüksək sürətlə idarə edilməsi olub.