Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dar günümüzün dostları: Neftin əvəzində ölkəmizə pul gətirənlər

© pixabay / cywpekrXurma, arxiv şəkli
Xurma, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan təzə xurmanı Rusiyaya ixrac etməyə başlayıb, Ukrayna, BƏƏ, Moldova və Qazaxıstana da göndərəcək. Qurudulmuş xurmanı Baltikyanı ölkələrə, Almaniya və Niderlanda da ixrac etməyi düşünürük.

BAKI, 19 sentyabr — Sputnik. Bu il xurma ixracından gələn gəlirlərin 125 milyon dollar olacağı proqnozlaşdırılır. Beləliklə, xurma Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun liderləri siyahısında pomidor və qızılla birlikdə öz mövqeyini möhkəmləndirir.

Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qədir Yusifovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu mövsümdə 220 min tondan çox xurma ixracı planlaşdırılır. Cari mövsümdə xurma istehsalından ölkəyə 125 milyon dollar gəlir gələcəyi gözlənilir.

Hindistan narı Qəbələdə – qeyri-adi meyvə Azərbaycanda necə yetişdirilir  - Sputnik Azərbaycan
VİDEO
Hindistan narı Qəbələdə – qeyri-adi meyvə Azərbaycanda necə yetişdirilir

Azərbaycan artıq təzə xurmanı Rusiyaya ixrac etməyə başlayıb. Yusifov qeyd edib ki, Ukrayna, BƏƏ, Moldova və Qazaxıstana da xurma ixracı planlaşdırılır.

"Biz qurudulmuş xurmanı Baltikyanı ölkələrə, Almaniya və Niderlanda da ixrac etməyi düşünürük", - deyə Assosiasiyanın rəhbəri bildirib.

AR Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan 18,113 milyon dollar dəyərində 23 min 832 ton xurma ixrac edib. Bu ilin 8 ayının yekunlarına görə, xurma ixracı ümumi ixracın 0,3 faizini təşkil edir.

2018-ci ildə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda ixracın həcmi 1,689 milyard dollar təşkil edib. İxracın həcmində 177,4 milyon dollarla birinci yeri pomidor, 118 milyon dollarla ikinci yeri qızıl, 114,5 milyon dollarla üçüncü yeri xurma tutub.

Xəbər lenti
0