Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Nazirlik qarayaraya yoluxanların son vəziyyətini açıqladı

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidLabartoriyada analiz, arxiv şəkli
Labartoriyada analiz, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sentyabrın 9-da 24 və 36 yaşlı Sabirabad rayon sakinləri Rayon Mərkəzi Xəstəxanasına gətirilmişdi. Həmin şəxslərə həkimlər tərəfindən qarayara diaqnozu qoyulmuşdu.

BAKI, 19 sentyabr — Sputnik. Sabirabadda qarayaraya yoluxanlar barədə yeni məlumat var.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qarayaraya yoluxan hər iki xəstənin vəziyyəti həkimlər tərəfindən yaxşı qiymətləndirilir. Onların 20-21 sentyabr tarixlərində evə buraxılacaqları gözlənilir.

Xatırladaq ki, sentyabrın 9-da 24 və 36 yaşlı Sabirabad rayon sakinləri Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həmin şəxslərə həkimlər tərəfindən qarayara diaqnozu qoyulub.

Hələlik onların xəstəliyə haradan yoluxduqları məlum deyil.

Xəbər lenti
0