BAKI, 19 sentyabr — Sputnik. "Ən yaxşı bədənli model" titulunun sahibi olan azərbaycanlı İqonun (İqaməddin Hüseynov) xanımı bloger Leyla Hüseynova ərinə romantik ad günü hədiyyəsi hazırlayıb.
Bloger ərinin həyatındakı əlamətdar gün münasibətilə bir videoçarx hazırlayıb və burada ona olan bütün sevgisini ifadə edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Hüseynova bu çarxı "Instagram" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
Посмотреть эту публикацию в InstagramVideo by: @theroshn Səsləndirən: @ayaz.babayev Saç&makyaj: @nazli_estetik_merkez by:Adel&Xadica
"Ad günün mübarək, mənim möcüzəm. Birlikdə qocalmağımızı arzulayıram", - deyə Hüseynova yazıb.
İqo Parisdə keçirilən "Best Model of the World 2017" beynəlxalq gözəllik müsabiqəsində Rusiyanı təmsil edib və "Ən yaxşı bədənli model" nominasiyasının qalibi olub. O, müxtəlif dünya brendləri ilə əməkdaşlıq edir, “Ferrari”, “Puma”, “Mercedes”, “Lisa Vita” və digər dünyaca məşhur brendlərin reklam layihələrində iştirak edir. Leyla Hüseynova isə artıq bir neçə ildir blogerliklə məşğuldur. O, əsasən moda trendləri barədə yazır və Bakıda təqdim olunan bir çox xarici brendlərin simasıdır. Cütlüyün toy mərasimi bu ilin yayında baş tutub.