SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropa Ukraynadan yorulub – Estoniya prezidenti

© REUTERS / INTS KALNINSEstoniya Prezidenti Kersti Kalyulayd
Estoniya Prezidenti Kersti Kalyulayd  - Sputnik Azərbaycan
Abunə olmaq
Kalyulayd hesab edib ki, Ukraynanın yeni hökuməti "indi bu sahədə inkişafın daha sürətli şəkildə" gedəcəyini nümayiş etdirməlidir

BAKI, 19 sentyabr — Sputnik. Estoniya Prezidenti Kersti Kalyulayd bəyan edib ki, Avropa Ukraynadan yorulub. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Estoniya lideri bəyan edib ki, Avropa İttifaqı uzun illər ərzində Ukraynaya yardım edir. Lakin qurum Ukraynanın daha az korrupsiyalaşmış ölkəyə çevrilməsini, onun iqtisadiyyatının isə oliqarxiyadan azad olmasını müşahidə etmir.

Kalyulayd hesab edir ki, Ukraynanın yeni hökuməti "indi bu sahədə inkişafın daha sürətli şəkildə" gedəcəyini nümayiş etdirməlidir: "Rəsmi Kiyev bu məsələdə Aİ-yə nəticə və inkişaf göstərməlidir".

Xəbər lenti
0