SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Üç prezidentin Ankara görüşünün hansı nəticələri olacaq – politoloq şərhi

© Sputnik / Murad OrujovPolitoloq İlqar Vəlizadə
Politoloq İlqar Vəlizadə - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq İlqar Vəlizadə hesab edir ki, Rusiya Suriya ilə bağlı problemli məsələlərin tezliklə həllini tapmasını istəyir
İlqar Vəlizadə: “Ankara görüşü bir çox məqamları kölgə altında saxladı”

Türkiyənin paytaxtı Ankarada Suriya münaqişəsinin həllinə dair Astana prosesinin zəmanətçi ölkələri olan Türkiyə, İran, Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani, Vladimir Putin arasında üçtərəfli zirvə görüşü keçirilib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, prezidentlərin Ankara görüşü bir çox məqamları kölgə altında saxladı: “Suriyada gedən mürəkkəb proseslər həllini tapmır.  Rusiya problemli məsələlərin tezliklə həll olunmasını istəyir. İdlibdə gedən proseslər də çox qarışıqdır. Türkiyə tərəfi bununla bağlı narahatlığını ifadə edir. Ziddiyyətlərin mövcudluğu və son illər ərzində onların həllinin perpektivsizliyi prezidentlərin görüşünü qaçılmaz edir. Tərəflər ortaq məxrəcə gəlməyə çalışır”.

Qeyd edək ki, sayca beşinci üçtərəfli zirvə olan bu görüş zamanı Suriyada, xüsusilə də İdlib bölgəsində gərginliyin azaldılması və siyasi proseslərə təkan verməklə bağlı müzakirələr aparılıb.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0