CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı müraciətlərin sayı açıqlanıb

© Sputnik / Murad OrujovŞagirdlər, arxiv şəkli
Şagirdlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi cari ilin avqustun 15-dən www.sy.edu.az portalı və Alternativ Qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.

BAKI, 18 sentyabr — Sputnik. Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 56 462 müraciət daxil olub. Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, onlardan 53 595 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 2 086 sorğu hazırda icra edilir, 781 sorğuya isə dil və təmayül uyğunsuzluğu səbəbindən imtina verilib.

Qeyd edək ki, yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq şagirdlərin elektron yerdəyişməsi ilə bağlı sorğuların qəbulu sentyabrın 15-dən oktyabrın 15-dək müvəqqəti dayandırılıb. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi cari ilin avqustun 15-dən www.sy.edu.az portalı və Alternativ Qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.

Xəbər lenti
0