CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat həmkarlarından üç mövzuda dinləmə tələb etdi

© Sputnik / Timur BatyirshinMəktəbli, arxiv şəkli
Məktəbli, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu gün məktəblərdə şagirdlər arasında skolioz və kifoz xəstəliklərinin sayı artmağa başlayıb. Bu xəstəliklərin əməliyyatlarının qiymətləri də bahadır"

BAKI, 18 sentyabr-Sputnik. “Anemiya cəmiyyətdə çox dərinləşən bir mövzudur.

Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan
CƏMİYYƏT
Deputat kimi qocalmaq: Milli Məclis elə bir qərar verdi ki...
 Anemiyadan əziyyət çəkənlərin artması insanların sağlamlığı üçün təhdiddir. Bu məsələnin həllinə nail olmaq lazımdır. Bununla bağlı dinləmə və müzakirələrin keçirilməsi çox vacibdir”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Qənirə Paşayeva deyib.

Deputat onu da diqqətə çatdırıb ki, bu gün məktəblərdə şagirdlər arasında skolioz və kifoz xəstəliklərinin sayı artmağa başlayıb. Bu xəstəliklərin əməliyyatlarının qiymətləri də bahadır.

“Antibiotiklər nəzarətsiz şəkildə satılır, bu məsələnin də diqqətdə saxlanılması lazımdır”, - deyə deputat əlavə edib.

Xəbər lenti
0