Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İndi də bədbin proqnoz gəldi – Neft qiymətləri kəskin düşəcək

© REUTERS / Shamil ZhumatovНефть
Нефть - Sputnik Azərbaycan
Abunə olmaq
"Russneft" şirkətinin rəhbəri Yevgeniy Toloçek "Brent" markalı neftin bir barelinin 65 dollar dəyərində olacağını proqnozlaşdırır

BAKI, 18 sentyabr — Sputnik. Səudiyyə Ərəbistanında infrastruktur obyektlərinə dronların hücumu son nəticədə dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi ilə nəticələnə bilər. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu "Russneft" şirkətinin rəhbəri Yevgeniy Toloçek bildirib.

Нефть, фото из архива - Sputnik Azərbaycan
Neft kəskin bahalaşıb, sonra necə olacağını heç kim bilmir

"Bir barel neft qiyməti 100 dollar olsa belə, bu, uzun çəkməyəcək. Daha sonra isə böyük ehtimalla resessiya baş verəcək və neft qiymətləri 50 dollar ətrafında dəyişəcək", - deyə Toloçek vurğulayıb.

O, həmçinin əlavə edib ki, rəhbəri olduğu şirkət "Brent" markalı neftin bir barelinin 65 dollar dəyərində olacağını proqnozlaşdırır.

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində "Saudi Aramco" dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin "Ənsar Allah" hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz təyyarə ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavodda güclü yanğın başlayıb. Səudiyyə Ərəbistanı yanğının artıq lokallaşdırıldığını açıqlayıb. Neft emalı zavodlarındakı partlayış nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb və bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Bu itki anbarlardakı ehtiyatlar hesabına kompensasiya edilir. Eyni zamanda neft emalı zavodlarındakı yanğın qaz hasilatını da sutkada 2 milyard kub. fut həcmində azaldıb. Bu həcmdə qaz 700 min barel sıxılmış maye qazın istehsalında istifadə edilir. Bununla da ölkənin etan və sıxılmış maye qaz ehtiyatları yarıya qədər azalıb.

Xəbər lenti
0