CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərbi xidmətin ən romantik hissəsi - FOTO

© Sputnik / Nigar IskanderovaDövlət Sərhəd Xidmətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq bu gün Dövlət Sərhəd Xidməti və ASAN Xidmətin birgə təşkilatçılığı ilə "Hərbiyyə-Xəzər" hərbi vətənpərvərlik düşərgəsinin açılışı olub
Dövlət Sərhəd Xidmətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq bu gün Dövlət Sərhəd Xidməti və ASAN Xidmətin birgə təşkilatçılığı ilə Hərbiyyə-Xəzər hərbi vətənpərvərlik düşərgəsinin açılışı olub - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Sərhəd Xidmətinin hərbi vətənpərvərlik düşərgəsində iştirak edənlər raketlər və raket silahlarına qarşı komplekslər, gecə-gündüz görmə müşahidə sistemləri və s. ilə tanış olacaqlar

BAKI, 18 sentyabr — Sputnik. Dövlət Sərhəd Xidmətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq bu gün Dövlət Sərhəd Xidməti və ASAN Xidmətin birgə təşkilatçılığı ilə "Hərbiyyə-Xəzər" hərbi vətənpərvərlik düşərgəsinin açılışı olub.

Sputnik Azərbaycan bildirir ki, Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov qurumun gördüyü işlərdən danışıb: "Dövlət Sərhəd Xidməti sərhədlərin toxunulmazlığını təmin etməklə ümummilli maraqlara daim sədaqətlə xidmət göstərməklə ölkədəki istirahət və təhsil problemlərinə biganə qalmır. Məqsədimiz gənclərdə hərbi vətənpərvərlik ruhunu gücləndirmək və onların istirahətinin daha maraqlı keçməsini təmin etməkdir". DSX rəisinin müavini daha sonra ASAN Xidmətin fəaliyyətindən də söz açıb. O bildirib ki, bu gün dünyanın qabaqcıl bir neçə ölkəsi ASAN Xidmətin təcrübəsindən yararlanır.

© Sputnik / Nigar IskanderovaDövlət Sərhəd Xidmətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq bu gün Dövlət Sərhəd Xidməti və ASAN Xidmətin birgə təşkilatçılığı ilə "Hərbiyyə-Xəzər" hərbi vətənpərvərlik düşərgəsinin açılışı olub
Dövlət Sərhəd Xidmətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq bu gün Dövlət Sərhəd Xidməti və ASAN Xidmətin birgə təşkilatçılığı ilə Hərbiyyə-Xəzər hərbi vətənpərvərlik düşərgəsinin açılışı olub - Sputnik Azərbaycan
1/4
Dövlət Sərhəd Xidmətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq bu gün Dövlət Sərhəd Xidməti və ASAN Xidmətin birgə təşkilatçılığı ilə "Hərbiyyə-Xəzər" hərbi vətənpərvərlik düşərgəsinin açılışı olub

2/4

© Sputnik / Nigar IskanderovaASAN Xidmətin sədri Ülvi Mehdiyev
ASAN Xidmətin sədri Ülvi Mehdiyev - Sputnik Azərbaycan
3/4
ASAN Xidmətin sədri Ülvi Mehdiyev
© Sputnik / Nigar Iskanderova Dövlət Sərhəd Xidmətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq bu gün Dövlət Sərhəd Xidməti və ASAN Xidmətin birgə təşkilatçılığı ilə "Hərbiyyə-Xəzər" hərbi vətənpərvərlik düşərgəsinin açılışı olub
 Dövlət Sərhəd Xidmətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq bu gün Dövlət Sərhəd Xidməti və ASAN Xidmətin birgə təşkilatçılığı ilə Hərbiyyə-Xəzər hərbi vətənpərvərlik düşərgəsinin açılışı olub - Sputnik Azərbaycan
4/4
Dövlət Sərhəd Xidmətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq bu gün Dövlət Sərhəd Xidməti və ASAN Xidmətin birgə təşkilatçılığı ilə "Hərbiyyə-Xəzər" hərbi vətənpərvərlik düşərgəsinin açılışı olub
1/4
Dövlət Sərhəd Xidmətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq bu gün Dövlət Sərhəd Xidməti və ASAN Xidmətin birgə təşkilatçılığı ilə "Hərbiyyə-Xəzər" hərbi vətənpərvərlik düşərgəsinin açılışı olub
2/4
Dövlət Sərhəd Xidmətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq bu gün Dövlət Sərhəd Xidməti və ASAN Xidmətin birgə təşkilatçılığı ilə "Hərbiyyə-Xəzər" hərbi vətənpərvərlik düşərgəsinin açılışı olub
3/4
ASAN Xidmətin sədri Ülvi Mehdiyev
4/4
Dövlət Sərhəd Xidmətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq bu gün Dövlət Sərhəd Xidməti və ASAN Xidmətin birgə təşkilatçılığı ilə "Hərbiyyə-Xəzər" hərbi vətənpərvərlik düşərgəsinin açılışı olub

O daha sonra təşkil olunan hərbiyyə düşərgələri haqda iştirakçılara məlumat verib: ""Hərbiyyə - Xəzər" hərbi vətənpərvərlik düşərgəsinin fəaliyyət göstərdiyi iki gün ərzində siz Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa olunaraq döyüş sıralarına daxil edilən mürəkkəb şəraitdə sürətli üzmə qabiliyyətinə malik, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı komplekslər, gecə-gündüz görmə müşahidə sistemləri ilə təchiz olunmuş "Tufan" və "Şahdağ" sərhəd gözətçi gəmiləri ilə tanış olacaq, hərbi hazırlıq üzrə müxtəlif tapşırıqları icra edəcək, Sahil Mühafizəsinin bazası, dənizçi sərhədçilərin xidmət və məişət şəraiti ilə yaxından tanış olacaqsınız.

Bunun üçün hər cür şərait yaradılıb. Düşərgənin fəaliyyəti Dövlət Sərhəd Xidmətinin rəisi cənab general-polkovnik Elçin Quliyevin diqqət mərkəzindədir".

Dənizkənarı Milli Parkda Dövlət Bayraq Meydanının yaxınlığında “Azərbaycan Sərhəd Mühafizəsi: dünən, bu gün və sabah” mövzusunda sərgi keçirilib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Milli Parkda möhtəşəm sərgi: Sərhədçilərimiz silahlarıyla öyündülər - FOTO

ASAN Xidmətin sədri Ülvi Mehdiyev artıq bu düşərgənin sayca beşinci, bu il üçün üçüncü olduğunu söyləyib: "Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçirilib. O layihələrdən biri də "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin təşkil olunmasıdır. Builki düşərgələr Prezident İlham Əliyevin dəstəyi və könüllülərin müraciəti əsasında baş tutub. Artıq hər mövsümlə əlaqədar olaraq bu düşərgələr təşkil olunacaq. Vətən sərhəddən başlayır. Mən də hərbi xidmət zamanı sərhədçi olmuşam. Sərhədçi olmaq həqiqətən qürurvericidir, şərəflidir. Sərhədçi olmaq hərbi xidmətin ən romantik hissəsidir, çünki burada vətənin təbiəti, suyu, daşını, torpağını daha gözəl hiss edə bilirsən və səndə köklü bir məhəbbət yaradır".

Xəbər lenti
0