SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İranın Bakıdakı səfirliyi təcili məlumat yaydı

© Sputnikİranın Bakıdakı səfirliyi
İranın Bakıdakı səfirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi ilk və ağır günlərində həmişə qardaş Azərbaycan dövlətinin və millətinin yanında olmuşdur

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsini təmsil edən hər hansı bir komandanın Tehranda erməni idman olimpiadasında iştirakı ilə bağlı yayılan xəbərlər tamamilə əsassızdır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin yaydığı bəyanatda bildirilir.

Səfirliyin İran İslam Respublikasının rəsmi idman orqanlarından aldığı xəbərə əsasən, Dağlıq Qarabağdan hər hansı bir komandanın bu idman olimpiadasında iştirakı üçün heç bir icazə verilməyib: "Həmçinin bildirilir ki, bu olimpiada qeyri-siyasi xarakter daşıyır və ondan siyasi məqsədlər üçün istifadə edilməsinə yol verilməyəcək. Səfirlik bir daha vurğulayır ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi ilk və ağır günlərində həmişə qardaş Azərbaycan dövlətinin və millətinin yanında olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməklə bu siyasətini dəyişməyəcəkdir. İran və Azərbaycan dostluğu əbədidir və həqiqətə uyğun olmayan xəbər və şayiələr iki millətin dost və qardaşlığına xələl gətirə bilməz".

Xəbər lenti
0