CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyalı diplomat: "Bakı üçün dəlicəsinə darıxıram"

© Sputnik / Kemale AliyevaRusiyalı diplomat Oksana Orlova
Rusiyalı diplomat Oksana Orlova - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı diplomat Oksana Orlova Bakıda Azərbaycan və azərbaycanlılara həsr etdiyi əsərlərini nümayişə çıxarıb: "Sərgidə təqdim olunan bütün əsərlərim məndən yadigar olaraq Bakıda qalacaq"

BAKI, 18 sentyabr — Sputnik. Rusiyalı diplomat Oksana Orlova Bakıda Azərbaycan və azərbaycanlılara həsr etdiyi rəsmlərini təqdim edib. Sputnik Azərbaycan bildirir ki, Milli İncəsənət Muzeyində rəssamın ekspozisiyasının açılışı olub. Tamaşaçılara qrafika janrında akvarel və yağlı boya ilə çəkilmiş 44 əsər təqdim edilib. Bu əsərlərin əksəriyyətində Azərbaycanın görməli yerləri təsvir olunub.

Oksana Orlova Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq münasibətlər fakültəsinin məzunudur. Ailə üzvlərinin hamısı diplomat olduğundan, Orlova da doğmalarının izi ilə getmək qərarına gəlib. 2012-ci ildən 2017-ci ilə qədər Rusiyanın Azərbaycandakı səfirliyində işləyib. Burada mədəniyyət və humanitar məsələlərlə məşğul olub. Hal-hazırda Moskvada Rusiya Xarici İşlər Nazirliyində işləyir. O, incəsənətlə Bakıya gələndən sonra məşğul olmağa başlayıb. Bakıda yaşadığı illərdə Azərbaycana həsr olunmuş 100-dən çox rəsm əsəri çəkib.

© Sputnik / Kemale AliyevaRusiyalı diplomat Oksana Orlova Bakıda Azərbaycan və azərbaycanlılara həsr etdiyi rəsmlərini təqdim edib.
Rusiyalı diplomat: Bakı üçün dəlicəsinə darıxıram - Sputnik Azərbaycan
Rusiyalı diplomat Oksana Orlova Bakıda Azərbaycan və azərbaycanlılara həsr etdiyi rəsmlərini təqdim edib.

Bakıya gəlmişkən öz şəxsi sərgisini təşkil etməyə və rəsmlərini azərbaycanlılara təqdim etməyə qərar verib. Sərgidə nümayiş olunan əsərləri rəssam dörd il ərzində yaradıb.

"Bakıda yaşamaq çox xoşuma gəlirdi. Bakı həyatına o qədər öyrəşmişdik ki, mən və uşaqlarım indi bu şəhər üçün çox darıxırıq. İşimin çox olmasına baxmayaraq, burada rəsm çəkmək həmişə məni özünə cəlb edirdi və odur ki, çəkməyə başladım. Əvvəlcə bu, mənə çox çətin idi, çünki həmin vaxta qədər heç yerdə rəssamlıq üzrə təhsil almamışdım. Mənə bu işdə azərbaycanlı rəssam Rüfət Əsgərov çox kömək elədi. O, mənə hər şeyi öyrətdi", - deyə Orlova bildirib.

Hazırda rəssam Moskvada yaşayır və Azərbaycan üçün hədsiz darıxır. Dediyinə görə, tez-tez xəyalən buraya qayıdır. Çünki o, məhz burada qəlbən istiliyi və sakitliyi hiss edir. Bakının hər şeyi onun xoşuna gəlir: təbiəti də, arxitekturası da, insanları da.

© Sputnik / Kemale AliyevaRusiyalı diplomat Oksana Orlova Bakıda Azərbaycan və azərbaycanlılara həsr etdiyi rəsmlərini təqdim edib.
Rusiyalı diplomat Oksana Orlova Bakıda Azərbaycan və azərbaycanlılara həsr etdiyi rəsmlərini təqdim edib. - Sputnik Azərbaycan
1/4
Rusiyalı diplomat Oksana Orlova Bakıda Azərbaycan və azərbaycanlılara həsr etdiyi rəsmlərini təqdim edib.
© Sputnik / Kemale AliyevaRusiyalı diplomat Oksana Orlova Bakıda Azərbaycan və azərbaycanlılara həsr etdiyi rəsmlərini təqdim edib.
Rusiyalı diplomat Oksana Orlova Bakıda Azərbaycan və azərbaycanlılara həsr etdiyi rəsmlərini təqdim edib. - Sputnik Azərbaycan
2/4

3/4

4/4

"Mən Azərbaycan tarixini yaxşı bilirəm. Ona görə də Bakıya gələn kimi onu öyrənməyə başladım. Mən özüm üçün çox şeyi kəşf elədim. Beş il burada yaşadığım müddətdə Azərbaycan mənim bir parçam oldu, buna görə də buradan ayrılsam da, özümdən bir hissəni - rəsmlərimi burada qoyuram. Sərgidə təqdim olunan bütün əsərlərim məndən yadigar olaraq Bakıda qalacaq", - deyə Orlova bildirib.

Sərgidə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, eləcə də bir çox mədəniyyət və incəsənət xadimləri iştirak edib. Qonaqların hər biri Orlovanın rəsmlərini yüksək qiymətləndirib. Bu əsərlərdə İçərişəhərin müxtəlif guşələri, Qız qalası, Dənizkənarı bulvar, milli geyimli azərbaycanlı qadın və kişilər təsvir olunub. Rəssam meyvələrdən yalnız Bakıda yaşayarkən dəlicəsinə sevdiyi narı təsvir edib.

Oksana Orlova diplomatik fəaliyyətinə baxmayaraq, öz sevimli məşğuliyyətini - rəsm çəkməyi Moskvada da davam etdirmək niyyətindədir. Rəssam Azərbaycana daha çox rəsm həsr etmək, sonra isə onları Bakı və Moskvada nümayişə çıxarmaq niyyətindədir.

Xəbər lenti
0