BAKI, 17 sentyabr - Sputnik. “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli deyib.
Komitə sədri bildirib ki, təhsil haqlarının ödənilməsi ilə bağlı ayrıca qanun layihəsinin qəbulunu məqsədəuyğun hesab edirlər: “Hazırda “Təhsil kreditləri haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı iş aparılır və müzakirələr gedir. Bununla bağlı dünya təcrübəsi öyrənilir”.
O, əlavə edib ki, parlamentin payız sessiyasında “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması və plenar iclasa tövsiyə edilməsi nəzərdə tutulur.