BAKI, 17 sentyabr-Sputnik. “Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi hazırdır.
Sputnik Azərbaycan xəbər verir ki, bunun Milli Məclisin Mədəniyyət komitəsinin iclasında komitə sədri Rafael Hüseynov deyib.
Komitə sədri bildirib ki, Milli Məclisin payız sessiyasında həmin qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulur.
O, əlavə edib ki, “Yazılı abidələr haqqında” qanun layihəsinin də ilkin variantı hazırdır.