"Qələbə! Robert Koçaryanı ittiham etdilər" – Yerevanda kütləvi yürüşlər başladı

© Sputnik / Aram NersesyanРоберт Кочарян перед началом судебного заседания
Роберт Кочарян перед началом судебного заседания - Sputnik Azərbaycan
Abunə olmaq
Daha əvvəl Yerevan məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsdə saxlanılmasına dair qərar qəbul edib

BAKI, 17 sentyabr — Sputnik. Yerevanda bir qrup şəxs şəhər ümumi məhkəməsinin binasının qarşısından yürüşə başlayıb. Sputnik Ermənistan xəbər verir ki, aksiya iştirakçıları məhkəmənin ölkənin ikinci prezidentinin həbsdə saxlanılması barədə qərarını sevinclə qarşılayıblar.

Onlar "Qələbə! Robert Koçaryanı ittiham etdilər!" kimi şüarlar səsləndiriblər.

Yürüşdə Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan da iştirak edir. Yürüşün marşrutu bəlli deyil. Aksiya iştirakçılarını polis müşayiət edir.

Robert Koçaryan, arxiv şəkli - Sputnik Azərbaycan
Yerevan məhkəməsi Koçaryanla bağlı qərar verdi

Xatırladaq ki, daha əvvəl Yerevan məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsdə saxlanılmasına dair qərar qəbul edib.

"Məhkəmə Koçaryanın vəkillərinin qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatətini rədd etmək qərarına gəlib", - hakim Anna Danibekyan məhkəmə zamanı deyib.

Xatırladaq ki, 2008-ci ilin fevralında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası Serj Sarqsyanın 52,8 faiz səslə qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan isə seçkidə saxtakarlığın olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq, martın 1-2-si ölkədə genişmiqyaslı aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin mart hadisələrinə görə cinayət işi təzələnib. O zaman prezident olmuş Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.

Partiya sədri çətin vəziyyətdə - Sarqsyan və Koçaryanı...>>

Bu ilin mayın 13-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi general Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın məhkəməsi başlayıb.

Həmin şəxslər konstitusiya quruluşunu devirmək, külli miqdarda rüşvət almaq və qanunsuz yolla əldə edilmiş vəsaitləri leqallaşdırmağa görə ittiham edilirlər.

Bu ilin mayın 18-də Yerevanın birinci instansiya məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanı həbsdən azad edib. Lakin iyunun 25-də Apelyasiya Məhkəməsi keçmiş prezidenti yenidən həbs edib.

Xəbər lenti
0