Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dünya nəfəsini dərib 26 günü gözləyir - neft hasilatçıları sevinə bilərlər

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidNeft buruğu, arxiv şəkli
Neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dron hücumlarından sonra Səudiyyə Ərəbistanının neft hasilatında yaranmış fasilələr aradan qaldırılmasa, bazarda neft defisiti formalaşa bilər

BAKI, 17 sentyabr — Sputnik. Səudiyyə Ərəbistanının xam neft ehtiyatları təxminən 26 günə bəs edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, "Rystad Energy" konsaltinq şirkəti Ər-Riyadın neft infrastrukturuna edilmiş hücumlardan sonra neft hasilatının kəskin şəkildə düşməsi ilə bağlı belə bir proqnozu verib.

Кабинет министров Азербайджанской Республики - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Gəlirin yarıdan çoxu neft sektorunun payına düşür" – Büdcə

Səudiyyə Ərəbistanı neft hasilatında yaranmış fasilələri aradan qaldıra bilməsə, bazarda neft defisiti formalaşa bilər. RİA Novosti-nin analitiki Natalya Dembinskaya məsələ ilə bağlı şərhində neft bazarının digər oyunçularının çatışmayan Səudiyyə neftini əvəz etməyə və defisiti aradan qaldırmağa qadir olub-olmadığını araşdırıb.

Nə baş verib?

Sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanının neft infrastrukturu dron hücumlarına məruz qalıb. Zərbələrə görə məsuliyyəti "Ənsar Allah" hərəkatından olan husi qiyamçılar öz üzərlərinə götürüblər.

Krallığın Daxili İşlər Nazirliyi bildirib ki, "Saudi Aramco" dövlət neft şirkətinə məxsus neft sənayesi obyektləri 10 pilotsuz uçan aparat vasitəsilə vurulub. Zərbələr nəticəsində hasilat yarıbayarı – sutkada 5,7 milyon barelədək azalıb. Bu rəqəm dünya üzrə neft dövriyyəsinin 5 faizindən çoxdur.

Qeyd olunur ki, dron zərbələrinin ilk hədəfi Əbqaik neftayırma zavodu olub. Əbqaik dünyada ən nəhəng neftayırma zavodlarından biridir: onun sutkalıq gücü 9,8 milyon barelə çatır. Husilərin ikinci zərbəsi isə Xurays yatağını vurub. Yatağın ehtiyatları 20,1 milyard barelə çatır, onun hasilat gücü isə sutkada 1,5 milyon bareldir.

Nəticələr

Neft bazarı dron hücumu xəbərinə dərhal reaksiya verib. Belə ki, sentyabrın 16-da "Brent" neftinin fyuçerslərinin qiyməti 19 faiz yüksələrək bir barelə görə 71 dollara çatıb.

Bu arada Amerikanın nəhəng sərmayə banklarından biri "Goldman Sachs" bildirib ki, Əbqaikdə hasilatla bağlı yaranmış fasilələr 6 həftədən çox davam etsə, neft qiymətləri 75 dollara çata bilər. Lakin bəzi ekspertlər qiymətlərin bir barelə görə hətta 100 dollara çatacağını gözləyirlər.

"Saudi Aramco" şirkətinin rəsmiləri isə hasilatı yaxın günlərdə bərpa etməyin mümkün olacağını iddia edirlər. "Bloomberg" agentliyi xəbər verir ki, şirkət itkiləri kompensasiya etmək üçün ehtiyat yataqları işə salıb.

Neft kəskin bahalaşıb, sonra necə olacağını heç kim bilmir>>

Lakin analitiklər bu məsələdə pessimist mövqe tutublar: onlar ölkədə genişmiqyaslı neft böhranının yaranacağını istisna etmirlər. Belə ki, hesablamalara görə, hücum zamanı zərər görmüş avadanlığın təmiri yarım il çəkəcək. Bundan başqa, Səudiyyə Ərəbistanı təmir işləri üçün yüz milyonlarla dollar vəsait xərcləməli olacaq.

Səudiyyə neftini əvəz etmək mümkün olacaqmı?

Bəs neft bazarının digər oyunçuları çatışmayan Səudiyyə neftini əvəz edə biləcəklərmi? Ekspertlər arasında bununla bağlı şübhələr var.

ABŞ potensial olaraq neft ixracını sutkada bir milyon barel həcmində (üç milyon bareldən dörd milyon barelədək) artıra bilər.

Neft, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Neftin bu qiymətdən aşağı düşməsi bizə sərf etməyəcək

"Əslində, Səudiyyə neft yataqlarına edilmiş hücumlar amerikalılara sərf edir: silah istehsalçıları üçün gözəl imkan yaranıb ki, Səudiyyə Ərəbistanına yeni hava hücumundan müdafiə sistemlərini satsınlar. Təbii ki, neft təklifinin kəskin düşməsi (amerikalı – red.) şist neft hasilatçıları üçün də əlverişlidir", - "Alpari" İnformasiya-Analitik Mərkəzinin sədri Aleksandr Razuvayev deyib.

Digər bir tərəfdən, BƏƏ, Rusiya, Küveyt və İraq hasilatı yalnız yüz min barel artıra bilərlər. İran və Venesuela isə yaranacaq defisitin aradan qaldırılmasında iştirak edə bilməyəcəklər, çünki ABŞ sanksiyaları buna imkan vermir.

Bu arada "Rystad Energy" konsaltinq şirkəti bildirib ki, Səudiyyə Ərəbistanının xam neft ehtiyatları təxminən 26 günə bəs edəcək. Ehtiyatların tükənməsindən sonra "təklif kollapsı" istisna olunmur.

"Dünya Səudiyyə Ərəbistanının sutkada ixrac etdiyi 5 milyon bareldən çox nefti əvəz etməyə qadir deyil. Hasilatın durğunluğu 10 gündən çox davam etsə, xam neft tədarükü ilə bağlı vəziyyət böhran səviyyəsinə gəlib çata bilər", - şirkətin neft bazarı üzrə şöbəsinin rəhbəri Byornar Tonhauqen deyib.

Beləliklə, dünya bazarında həcmi ayda 150 milyon barelə çatan neft defisiti yarana bilər. Bu isə neft qiymətlərinin bir barelə görə 100 dollara çatmasına səbəb olacaq.

Əslində, belə bir ssenari Azərbaycan, Rusiya və digər neft hasil edən ölkələr üçün əlverişlidir.

Xəbər lenti
0