ЧПУ:
Тайтл: Yeni dərs ilində məktəbə nə qədər uşaq gedəcək?
Подводка: 2019/2020-ci dərs ilində 1 525 016 məktəbli təhsil alacaq ki, onlardan da 714 259-u qız, 810 757-si oğlandır
BAKI, 13 sentyabr — Sputnik. 2018/2019-cu dərs ilində Azərbaycanın ümumtəhsil məktəblərində 1 592 317 məktəbli təhsil alıb. 2018-2019-cu dərs ilinin əvvəlinə olan göstəricilərə görə, 165 780 şagird 1-ci sinfə gedib. Bu il isə birinci sinfə 164 234 uşaq gedəcək.
2019/2020-ci dərs ilində 1 525 016 məktəbli təhsil alacaq ki, onlardan 714 259-u qız, 810 757-si oğlandır. Bu isə o deməkdir ki, məktəbli oğlan uşaqlarının sayı qızların sayından 96 498 nəfər çoxdur. Yeni dərs ilində məktəbə gedəcək uşaqlar, eləcə də yeni tikilən və təmir olunan məktəblərlə bağlı ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafkasında tanış ola bilərsiniz.