İstefaya göndərilmiş ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton böyük səhvlərə yol verib və Vaşinqton administrasiyasındakı vacib insanlarla ortaq fikir tapa bilməyib. Bu barədə Ağ Evin rəhbəri Donald Tramp öz açıqlamasında deyib.
Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, Boltonun vəzifəsindən azad edilməsindən sonra ABŞ-ın İrana qarşı siyasəti dəyişə bilər:
“İranın isə ABŞ-a qarşı siyasətini dəyişdirəcəyini düşünmürəm. İlk gündən İran ABŞ-dan tələb edir ki, sanksiya siyasətindən imtina etsin. Rəsmi Tehran bildirir ki, danışıqlar prosesi olacaqsa, əvvəlcədən heç bir şərt irəli sürülməməli və dialoq bərabərhüquqlu formada baş tutmalıdır. ABŞ-da isə bunun tərəfdarları minimum saydadır. Ona örə də bütün bunlar baş vermədən dialoqdan və ya hər hansı razılaşmadan bəhs etməyə dəyməz”.
Qeyd edək ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Trump Milli Təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonu işdən azad edib.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz