Bu cür çempionatın səfiri olmaq olduqca məsuliyyətlidir. O, artıq “Ocaq Sport” klubuna baş çəkib və bu idman növü ilə məşğul olan gimnast və fiziki məhdudiyyətləri olan uşaqlarla tanış olub. O, həm də Mingəçevirdə bədii gimnastika klubunda olub və hətta Milli Gimnastika Arenasının yanında ağac əkib.
“Bu çempionat mövsümün ən mühüm startıdır. Dünyanın ən güclüləri Bakıda toplanır və olduqca qızğın mübarizə olacaq. Bakı isə hər hansı turnirə ev sahibliyi etməyə həmişə hazırdır və əminəm ki, hər şey yüksək səviyyədə təşkil ediləcək”, Batırşina bizimlə bölüşüb.
Qeyd edək ki, Yana Batırşina NTV telekanalının baş prodüseri və “Parni iz Baku” komandasını üzvü Timur Vaynşteynin həyat yoldaşıdır. Buna görə də, o, Bakını öz ikinci evi hesab edir.
“Burada özümü evdəki kimi hiss edirəm. Ümumiyyətlə, Bakını çox sevirəm. Burda bizim çoxlu dostumuz və qohumumuz var və mən burada həmişə sevgi, xoş-əhval ruhiyyə və dadlı yeməklər diyarına düşürəm. Bakı üçün həmişə darıxıram”, deyərək dünya çempionu bizimlə bölüşüb.
Fürsətdən istifadə edərək məşhur idmançı bütün gimnastlara uğurlar arzulayıb.