CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yeni dərs ili başlayır

© Sputnik / Murad OrujovДень знаний в образовательном комплексе №132-134 города Баку
День знаний в образовательном комплексе №132-134 города Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni tədris ilində ümumitəhsil müəssisələrində 1 525 016 şagird təhsil alacaq. Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır

BAKI, 16 sentyabr - Sputnik. Azərbaycanda 2019/2020-ci tədris ili başlayır. 

Sputnik Azərbaycan xəbər verir ki, sentyabrın 16-da ölkənin bütün orta və ali məktəblərində dərslərə start verilir. 

Ümumtəhsil müəssisələrində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub. 

Ümumiyyətlə, yeni tədris ilində ümumitəhsil müəssisələrində 1 525 016 şagird təhsil alacaq. Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. I sinfində 164 234, IX sinfində 122 043, XI sinfində isə 82 782 şagird təhsil alacaq. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində isə ümumilikdə, 414 844 şagird təhsil alacaq. IX sinifdə 32 315, X sinifdə 22 795, XI sinifdə 18 896, XII sinifdə isə 198 şagird oxuyacaq.

2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5668865 nüsxə dərslik və metodik vəsait çap edilib.

Yeni tədris ilində 108074 uşağın ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır. Dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qrupları üçün 3 adda 168148 dərslik və metodik vəsait çap edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Xəbər lenti
0