Tehrandan Vaşinqtona “absurd” cavabı gəldi

© AP Photo / Vahid SalemiTehranda ABŞ-a aid rəsm, arxiv şəkli
Tehranda ABŞ-a aid rəsm, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərə qarşı vuruşur. Şənbə günü baş tutmuş dron hücumlarına görə məsuliyyəti husilər öz üzərlərinə götürüblər

BAKI, 16 sentyabr — Sputnik. İran Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların İranın neft obyektlərinə zərbələrin endirilməsinə dair mümkün bəyanatını absurd adlandırıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Abbas Musavi bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Bu cür bəyanatlar yolverilməzdir və absurddur", - deyə Musavi mətbuat konfransında bildirib.

Şənbə günü Səudiyyə Ərəbistanının neft obyektlərinə endirilmiş zərbələrdən sonra ölkənin neft istehsalı sutkada 9,8 milyon bareldən 5,7 milyon barelədək azalıb. Bu səbəbdən də dünya üzrə neft qiymətləri orta hesabla 12-13 faiz, bəzən də 19 faiz artıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərə qarşı vuruşur. Şənbə günü baş tutmuş dron hücumlarına görə məsuliyyəti husilər öz üzərlərinə götürüblər.

Qeyd edək ki, ABŞ Dövlət Katibi Mayk Pompeo hücumların Yəmən ərazisindən gəldiyinə dair sübutun olmadığını deyib və hücumlarda Tehranı günahlandırıb.

Xəbər lenti
0