Azərbaycana ən çox bu ölkələrdən turist gəlib

© Sputnik / Fuad HasanovBakının mərkəzində ərəb tursitlər
Bakının mərkəzində ərəb tursitlər - Sputnik Azərbaycan
Abunə olmaq
Ən böyük artım 82.2% və ya 17 min nəfərlə İran İslam Respublikasından gələnlər arasında müşahidə olunub

BAKI, 16 sentyabr — Sputnik. Ötən ay Azərbaycana 361 min əcnəbi qonaq gəlib.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Turizm Agentliyindən məlumat verilib. Bildirilib ki, sözügedən rəqəm ötən ilin avqustuna nisbətən 42 min və ya 13.2% artıb: "Səyahət edənlərin ən böyük qismini 9.3% artım və ya 111 min nəfərlə Rusiyadan gələnlər təşkil edib. Ən böyük artım 82.2% və ya 17 min nəfərlə İrandan gələnlər (37 min) arasında müşahidə olunub. Yüksək artım, həmçinin Gürcüstan vətəndaşları üçün də xarakterikdir. Belə ki, avqust ayında Gürcüstandan gələnlərin sayı 68 minə çatıb ki, bu da keçən ilə nisbətdə 11 min və ya 20% artım deməkdir. Türkiyə, Mərkəzi Asiya və Cənubi Asiyadan gələn qonaqların sayı müvafiq olaraq 13%, 50% və 11.2% artaraq 27 min, 14 min və 11 minə çatıb".

Qeyd edilib ki, Səudiyyə Ərəbistanından gələnlərin sayı 18.3% artaraq 22.6 minə çatıb:

"2019-cü ilin yanvar-avqust dövrü ərzində Azərbaycana səfər edən xarici vətəndaşların sayı 8.3% artaraq 2.1 milyona çatıb. Gələn əcnəbilərin yarısından çoxu, daha dəqiq desək, 53%-i Rusiya (653 min) və Gürcüstanın (472 min) payına düşür. Xüsusilə qeyd etmək lazımdır ki, Gürcüstandan gələn əcnəbi qonaqların sayında 22.8% və ya 87 min artım müşahidə edilib. Mərkəzi və Cənubi Asiya ölkələrindən gələnlərin sayı 40.4% və 38.1% artaraq müvafiq olaraq 83 min və 72 minə çatıb".

Xəbər lenti
0