CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda xidmət sektoru niyə gəlirli sahəyə çevrilə bilmir - ekspert danışır

Abunə olmaq
Təhsil eksperti Kamran Əsədov deyir ki, ölkəmizdə yüzə yaxın peşə təhsili müəssisəsi olsa da, onlar əmək bazarının tələblərinə cavab vermir
Kamran Əsədov: “Bizim təhsil müəsisəsləri müasir çağırışlara cavab vermirlər”

Rusiya Əmək nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölkədə ən yüksək əməkhaqqı ayda 80 min rubl maaşla istehsal, nəqliyyat, tikinti, daşınmaz əmlak və mədən sənayesi sahələrində təklif olunur.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda peşə təhsilli insanların azlığı xidmət sektorunu çox da gəlirli sahəyə çevirmir:

“Bu gün ölkəmizdə bir çox sahələrdə çalışan şəxslər heç bir peşə təhsili almayıblar. Ona görə də qeyd etdiyim sahələrdə keyfiyyət göstəricisi aşağıdır. Təəssüf ki, bu gün ölkəmizdə yüzə yaxın peşə təhsili müəssisəsi olsa da, onlar əmək bazarının tələblərinə cavab vermir. Dünya müasir çağırışlara doğru gedir, ancaq bizim müəssisələr bu çağırışlara cavab vermir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0