BAKI, 14 sentyabr — Sputnik. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobilləri sahiblərinə və sürücülərinə müraciət edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə İdarənin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev məlumat yayıb.
Lakin yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 16-da paytaxt ərazisində, xüsusilə şəhərin giriş-çıxış hissələrində saat 8:00-dan 10:00-dək nəqliyyat vasitələrinin hərəkət intensivliyinin artacağı ehtimal olunur. Qeyd olunanları nəzərə alaraq, DYP sürücülərdən və ayrı-ayrı müəssisələrə və fiziki şəxslərə məxsus, şəhərə girişinə icazə verilmiş yük avtomobillərindən göstərilən saatlarda mümkün qədər az istifadə olunmasını xahiş edib: "Ümid edirik ki, paytaxtda nəqliyyat sıxlığının yaranmaması, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün sürücülərimiz müraciətimizə düşünülmüş şəkildə yanaşacaq, ilk dərs günündə azyaşlı məktəbli uşaqlara yollarda çətinlik yaşatmayacaqlar".