"Mandarin tornadosu" – Tramp lampalara əsəbləşdi

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidBirləşmiş Ştatlar Prezidenti Donald Tramp
Birləşmiş Ştatlar Prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Trampın dərisinin narıncı rənginə görə ona bir neçə kinayəli ləqəblər verilib. Məsələn, "Prezident çitos" və "Mandarin tornado"su

BAKI, 14 sentyabr — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp narıncı rəngdə görünməyinin "günahkar"larını tapıb.

Президент США Дональд Трамп - Sputnik Azərbaycan
Obamanın ucbatından Ağ evdən tez-tez getməli oluram - Tramp
  Sputnik Azərbaycan "Washington Post"a istinadın xəbər verir ki, o, bu məsələdə enerjiyə qənaət edən lampaları ittiham edib.

"Lampa. İnsanlar soruşurlar ki, lampaya nə olub? Mən indi izah edim. Birincisi, bizi işlətməyə məcbur etdikləri lampa çox pis işıq saçır. Mən həmişə narıncı rəngdə görünürəm. Elə siz də. İşıq sadəcə iyrəncdir", - deyə Tramp vurğulayıb.

Xatırladaq ki, Trampın dərisinin narıncı rənginə görə ona bir neçə kinayəli ləqəblər verilib. Məsələn, "Prezident çitos" və "Mandarin tornado"su. Prezidentin özü isə dəfələrlə dərisinin ekranda həddən artıq sarı rəngdə görünməsinə görə şikayətlənib.

Xəbər lenti
0