CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İctimai çimərliklər təmizlənir

© Sputnik / Irade JELILİctimai çimərliklər orada istirahət edən şəxslər tərəfindən zibillənir və müvafiq qurumlar tərəfindən çox gec təmizlənir
İctimai çimərliklər orada istirahət edən şəxslər tərəfindən zibillənir və müvafiq qurumlar tərəfindən çox gec təmizlənir - Sputnik Azərbaycan
Abunə olmaq
IDEA İctimai Birliyi və "Təmiz Şəhər" 7 il əvvəl bu aksiyanı başlasa da, artıq bu il Gənclər Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və digər qurumlar da bu aksiyaya qoşulublar

BAKI, 14 sentyabr — Sputnik. Buzovna çimərliyi sahil boyu təmizlənir. Bu gün IDEA İctimai Birliyi və "Təmiz Şəhər" ASC Buzovna ictimai çimərliyi ərazisində iməcilik keçirirlər.

Bu barədə Sputnik Azərbaycan-a "Təmiz Şəhər" ASC-nin mətbuat xidmətinin katibi Elmar Məlikov məlumat verib. O, bildirib ki, "IDEA İctimai Birliyi və "Təmiz Şəhər" 7 il əvvəl bu aksiyanı başlasa da, artıq bu il Gənclər Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və digər qurumlar da bu aksiyaya qoşulublar: "Hər il bu aksiyaya minlərlə gənc cəlb edilir. Gənclər sahillərin təmiz qalmasında çox maraqlıdırlar. Çağırışımız odur ki, hamı sahilləri təmiz saxlasın. İməciliyin sonunda 3-5 ton arası tullantılar çıxarılır".

"Sahillər təmiz qalsın!" şüarı altında keçirilən iməcilik 14-cü dəfədir ki, təşkil edilib.

Xəbər lenti
0