Heyvanı tələf olan kəndli internetin ümidinə qalıb: "pulsuz" dərmanı aptekdən alır - FOTO

© Sputnik / Musa MuradliBərdə rayonunda heyvanlar arasında qorxulu, ölümlə nəticələnə biləcək xəstəlik yayılıb
Bərdə rayonunda heyvanlar arasında qorxulu, ölümlə nəticələnə biləcək xəstəlik yayılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Vaxtında qabaqlayıcı tədbirlər görülsə, xəstəliyin qarşısı alınardı. Həkimlər vaksinləri heyvanlara köçürmək əvəzinə, başqa məqsədlər üçün istifadə ediblər

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 14 sentyabr — Sputnik. Bərdə rayonunda heyvanlar arasında qorxulu, ölümlə nəticələnə biləcək xəstəlik yayılıb. Xüsusilə rayonun Mustafaağalı kəndində bu xəstəlik daha çox təsərrüfatı əhatə edib. Sputnik Azərbaycan-ın bölgə müxbiri kəndə yollanaraq təsərrüfatlardakı vəziyyətlə maraqlanıb.

Mustafaağalı kənd sakini İlqar Əsgərovun bildirdiyinə görə, xəstəlikdən onun 2 heyvanı ölüb:

"20 gün əvvəl heyvanlarda xəstəlik baş verdi. Bütün cəhdlərimizə baxmayaraq, xəstəliyin qarşısını ala bilmədik. İki heyvanımız tələf oldu. 4 heyvanımız isə hələ də xəstəlik keçirir. Xəstəliyin adını internetdə öyrəndim. Bu, "nodulyar dermatit" xəstəliyidir. Heyvanların yara tökməsi ilə müşahidə olunur. Yara dərinin üzərinə vuranda həmin heyvanı xilas etmək olur. İçəridə olanda isə ölümlə nəticələnir".

İlqar Əsgərov bu xəstəliyə görə onun heyvanlarında vaksinləşmə aparılmadığını bildirib. Hazırda heyvanların müalicəsini də öz vəsaiti hesabına apardığını deyib.

Digər kənd sakini Mənsur Muradov hazırda Mustafaağalı kəndində 400-dən artıq heyvanın xəstəliyə yoluxduğunu bildirib. "Kənddə xəstəlik geniş yayılıb. Hər tərəfdə bu hal müşahidə olunur. Təsərrüfatımdakı heyvanlardan biri hazırda bu halı keçirir. Buna da səbəb Baytarlıq İdarəsinin xəstəliyə qarşı səhlənkarlıq eləməsidir. Vaxtında qabaqlayıcı tədbirlər görülsə, xəstəliyin qarşısı alınardı. Həkimlər vaksinləri heyvanlara köçürmək əvəzinə, başqa məqsədlər üçün istifadə ediblər. Hansı ki, satışı nəzərdə tutulmadığı halda, qadağan edilməsinə baxmayaraq, hətta üzərində "pulsuz" yazılmış vaksinləri baytarlıq apteklərindən əldə etmək olur. Bu gün özbaşınalığın ağır fəsadlarını biz yaşayırıq. Yeganə dolanışığımız olan heyvanlar məhv olur".

© Sputnik / Musa MuradliBərdə rayonunda heyvanlar arasında qorxulu, ölümlə nəticələnə biləcək xəstəlik yayılıb
Bərdə rayonunda heyvanlar arasında qorxulu, ölümlə nəticələnə biləcək xəstəlik yayılıb - Sputnik Azərbaycan
1/3
Bərdə rayonunda heyvanlar arasında qorxulu, ölümlə nəticələnə biləcək xəstəlik yayılıb

2/3

3/3

Mustafaağalı kəndində yaşayan digər kənd sakinləri - Faiq Məmmədov, Şükür Bayramov, İman Nadirov da yayılmış xəstəlikdən zərər çəkiblər: təsərrüfatlarındakı heyvanlar nodulyar dermatitin qurbanlarına çevrilib.

Onu da qeyd edək ki, Baş Baytarlıq İdarəsinin rəisi Bayandur Rzayev, Baytarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova, Qida Təhlükəsizliyi Agentliyinin vəzifəli şəxsləri Mustafaağalı kəndində olub, yaranmış durumla maraqlanıblar.

Xəbər lenti
0