İlqar Vəlizadə: “Yeni sənədin imzalanması zəruridir”
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni sazişə dair danışıqlar çərçivəsində bu həftə videokonfranslar təşkil olunacaq. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərin mahiyyətində əsaslı dəyişikliklər baş verib:
“Bu da yeni sənədin hazırlanması və imzalanmasını zəruri edir. Son illər yeni sənədlə bağlı danışıqlar prosesi intensivləşib. Yeni sənəddə müxtəlif istiqamətlərdə əməkdaşlığın prinsipləri əks olunacaq. Bu da hazırkı vəziyyətdə baş verən proseslərə uyğundur. Gələn il sənədin imzalanması tam mümkündür”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz