Getmişdi kabab iyinə: Elariz Məmmədoğlu Bakıdakı əmlakını satır

Abunə olmaq
Birləşmiş Ştatlarda yaşayan Azərbaycanın populyar müğənnisi Elariz Məmmədoğlu Bakıdakı əmlakını satışa çıxarıb

BAKI, 14 sentyabr — Sputnik. Azərbaycanın populyar müğənnisi Elariz Məmmədoğlu ABŞ-a köçəndən sonra öz əmlakını satmaq qərarına gəlib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Elariz Məmmədoğlu (@elarizofficial)

Sputnik Azərbaycan-ın xəbərinə görə, o, içində üçotaqlı ev olan torpaq sahəsinin satış elanını özünün Instagram sosial şəbəkəsindəki səhifəsində yerləşdirib. Məmmədoğlu artıq bir neçə aydır ki, Amerikada yaşayır. O, orada yaşayan azərbaycanlıların və türklərin toy məclislərində çıxış edir. Amma görünür, onun maddi çətinlikləri yaranıb və bu səbəbdən də Bakıdakı daşınmaz əmlakını satmaq qərarına gəlib.

Посмотреть эту публикацию в Instagram

New Port,Massachusetts State’də Vüqar və Jasmin'in toyu.🇦🇿🇹🇷🇺🇸🎼🎹🎤👍♥️💋😍🎶

Публикация от Elariz Məmmədoğlu (@elarizofficial)

Xatırladaq ki, müğənni 2018-ci ilin yazında green-card (Amerikada daimi yaşamaq hüququ verən sənəd) udub, lakin ABŞ-a getmək istəməyib. Ancaq müğənninin həyat yoldaşı onu ABŞ-a köçməyə inandıra bilib. Elariz Məmmədoğlu 1964-cü ilin 17 dekabrında Bakıda anadan olub. O, Azərbaycanın ən çox tələb olunan toy müğənnilərindən biridir. Elariz "Doroqa" (Yol), "Devuşka v pesoçnım sarafane" (Qum rəngli sarafanlı qız), "Guya", "Sevgi nağılı" və s. kimi mahnıları ilə şöhrət qazanıb.

Xəbər lenti
0