Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert "Cənub Qaz Dəhlizi"nin iqtisadi faydalarını açıqladı

© © Fuad İbrahimovun şəxsi arxivindənİqtisadçı-ekspert Fuad İbrahimov
İqtisadçı-ekspert Fuad İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, bu layihəni də iqtisadi dövriyyəyə cəlb etməklə Azərbaycanın iqtisadiyyatının şaxələnməsini və dayanıqlılığını artırmış olacağıq
Fuad İbrahimov: “Bu layihə Azərbaycanın investisiya cazibədarlığını artıracaq”

Azərbaycanın "Cənub Qaz Dəhlizi" meqa layihəsi başa çatmaq üzrədir. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan müstəqillik dövründə artıq üç böyük layihəni həyata keçirib: “Bu layihələr regional meqa layihələrdir. Hazırda reallaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın investisiya cazibədarlığını artıracaq. Biz ilk üç layihəmizi iqtisadi dövriyyəyə cəlb etməyi bacarmışıq. Bu layihəni də iqtisadi dövriyyəyə cəlb etməklə Azərbaycanın iqtisadiyyatının şaxələnməsini və dayanıqlılığını artırmış olacağıq”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0