CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda xüsusi rejimə keçilir – "Yaşıl dalğa" tətbiq ediləcək

© Baku Transport AgencyBaku Bus avtobusu, arxiv şəkli
Baku Bus avtobusu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məqsəd xüsusən də ilk dərs günü səhər saatlarında yarana biləcək sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatmasını təmin etməkdir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 sentyabr — Sputnik. Yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxtda müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlərə xüsusi göstəriş verilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

Agentlik sözçüsü deyib ki, şirkətlərə sərnişin avtobuslarının hərəkət intervalının mümkün qədər azaldılması, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitələrinin sayının artırılması barədə tapşırıq verilib: "Məqsəd xüsusən də ilk dərs günü səhər saatlarında yarana biləcək sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatmasını təmin etməkdir". 

Səhər və axşam pik saatlarında bəzi küçə və prospektlərdə sıxlığın azaldılması məqsədilə svetoforlarda "yaşıl dalğa" tətbiq ediləcək. "Yaşıl dalğa" ardıcıl işıqforlar olan küçələrdə sıxlığın qarşısını almaq üçün tətbiq olunur. Belə küçələrdə sıxlıq olanda uzun müddətli yaşıl dalğa verilir ki, avtomobillər hərəkət etsin, sıxlıq azalsın. Qidalandırıcı küçələrdə yox, bu, əsas küçələrdə, məsələn, Rəşid Behbudov kimi küçələrdə tətbiq ediləcək.

Bakıda avtobus dayanacağı - Sputnik Azərbaycan
Nəqliyyat Agentliyi sərnişinlərin istəyini yerinə yetirdi

“Nəzərdə tutulan tədbirlərin səmərəli olması üçün hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik. Övladlarını şəxsi nəqliyyat vasitəsilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Bildiririk ki, bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı, yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları, ən əsası da ictimai nəqliyyat istifadəçiləri, o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar. Qeyd edilənləri nəzərə alaraq vətəndaşlarımızı mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə və ictimai nəqliyyata üstünlük verməyə çağırırıq" – deyə M.Ağayev əlavə edib.

Xəbər lenti
0