BAKI, 12 sentyabr — Sputnik. Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı individual sanksiyaların uzadılması ilə bağlı qərar qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Avropa İttifaqının (Aİ) saytında yerləşdirilib.
Məlumata əsasən, Rusiya və Ukraynadan olan 170 fiziki və 44 hüquqi şəxsə qarşı fərdi sanksiyalar daha 6 ay müddətinə uzadılıb.
Qeyd olunur ki, məhdudlaşdırıcı tədbirlər 15 mart 2020-ci il tarixinə qədər qüvvədə qalacaq.