Zülfiyyə Quıluyeva, Sputnik Azərbaycan
BAKI, 12 sentyabr — Sputnik. Bu gün "Bakı Metropoliteni "QSC-nin təmirə bağlanmış "Xətai" stansiyası yenidən sərnişinlərin istifadəsinə verilib. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O, bildirib ki, artıq "Xətai" stansiyası sərnişinlər üçün açıqdır.
Qeyd edək ki, metronun "Xətai" stansiyası 2018-ci ilin avqustunda təmirə bağlanıb.