CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəsimi rayonunda dələduz qadın ələ keçdi

© Sputnik / Anar MustafayevHəbs edilmiş qadın, arxiv şəkli
Həbs edilmiş qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən qadın saxlanılıb

BAKI, 12 sentyabr — Sputnik. Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı və Sumqayıt şəhər sakinləri olan 3 nəfər 2018-ci ilin sentyabr ayından cari ilin may ayınadək olan müddətdə Fatimə adlı şəxsin onları aldadaraq ümumilikdə 15.900 ABŞ dolları və 800 manat pullarını aldığını bildiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini F.Abbaspur olduğu müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən qadın saxlanılıb. Onun daha 3 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.

Xəbər lenti
0