BAKI, 11 sentyabr — Sputnik. Neftçalada iki nəfəri ildırım vurub.
Sputnik Azərbaycan xəbər verir ki, ərazidə yerləşən təsərrüfat sahəsində çalışan Şamaxı sakini, 1991-ci il təvəllüdlü Qarayev Vaqif Azər oğlu və 1990-cı il təvəllüdlü Abdullayev Təvəkkül Tural oğlunu ildırım vurub.
Zərərçəkmişlər Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan biri, 1991-ci il təvəllüdlü Qarayev Vaqif Azər oğlu xəstəxanada dünyasını dəyişib. Digəri isə yaxınlarının təkidi ilə Bakıya, klinkalardan birinə gətirilib.