CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş nazirin müavini: "Azərbaycanda uşaqpulu verilmir" fikrini səsləndirmək doğru deyil

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidUşaqlı qadın, arxiv şəkli
Uşaqlı qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Əhmədov qeyd edib ki, ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub: "Çoxuşaqlı ailələr həm də aztəminatlı ailələr hesab olunur"

BAKI, 11 sentyabr — Sputnik. Azərbaycanda xeyli ailə ünvanlı sosial yardım alır. Bu yardımdan faydalanan ailələrin əksəriyyəti çoxuşaqlıdır. Bu mənada "ölkədə "uşaqpulu" verilmir" məntiqini qəbul etmirəm. 

Женщина с ребенком, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Azərbaycanda uşaqpulu ilə bağlı İtaliya modeli tətbiq edilə bilər"
Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.

O, qeyd edib ki, ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub: "Çoxuşaqlı ailələr həm də aztəminatlı ailələr hesab olunur".

Ə.Əhmədov vurğulayıb ki, bu baxımdan "Azərbaycanda "uşaqpulu" verilmir" fikrini səsləndirmək doğru deyil: "Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamır. Siz bunu "uşaqpulu" formasında ifadə edirsinizsə, o zaman bu, araşdırılmalıdır. Güman edirəm ki, bu məsələ araşdırıla və qərar qəbul oluna bilər. Bir daha qeyd edirəm ki, aztəminatlı ailələrin dövlətdən güzəştalma mexanizmi və forması mövcuddur".

Xəbər lenti
0