CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bazarda saxta bal olmayacaq – Hamısı nəzarətdən keçəcək

© Sputnik / Shahperi AbbasovaQax rayonunda bal və milli mətbəx festivalı
Qax rayonunda bal və milli mətbəx festivalı - Sputnik Azərbaycan
Abunə olmaq
AQTA bal yarmarkasına çıxarılacaq arıçılıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət edəcək

BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi 28 sentyabr-18 oktyabr tarixlərində keçiriləcək arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasında satışa çıxarılacaq arıçılıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət edəcək.

Kənddən Şəhərə satış yarmarkası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxt sakinlərinə jest: dörd gün yarmarka olacaq

AQTA-dan Sputnik Azərbaycan-a verilən xəbərə görə, bu barədə məlumatı yarmarkaya hazırlıq işləri və tətbiq ediləcək yeniliklərə həsr olunmuş mətbuat konfransında Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev verib. O, bildirib ki, Agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları tərəfindən satışa çıxarılacaq bal və bal məhsullarından nümunələr götürülərək İnstitutun müvafiq laboratoriyalarında ekspertizaya cəlb ediləcək. Ekspertizalar zamanı məhsulların təhlükəsizliyi, eləcə də keyfiyyət göstəriciləri yoxlanılacaq və yalnız qida təhlükəsizliyi göstəriciləri uyğun olan məhsulların satışına icazə veriləcək.

Yarmarkada Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun ən müasir cihaz və avadanlıqlar ilə təchiz edilmiş səyyar laboratoriyası arıçılıq məhsullarının müayinələrinin aparılması üçün vətəndaşlara xidmət göstərəcək. İstehlakçılar aldıqları balın keyfiyyətinə əmin olmaq üçün məhsulu səyyar laboratoriyaya təqdim edə bilərlər.

Xəbər lenti
0